Press "Enter" to skip to content

Özbəkistan nümayəndə heyəti DOST Agentliyində

Görüşdən xatirə fotosu

Son yeniləmə: 5 May 2026

BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində olub.

Bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Məlumata görə, qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və mərkəzin iş prinsipi ilə tanış olublar: “Nümayəndə heyəti üçün DOST mərkəzlərinin fəaliyyəti və könüllülük proqramı haqqında geniş təqdimat keçirilib. İştirakçılar könüllülərin xidmət prosesində iştirakını yaxından müşahidə edib, həmçinin könüllü namizədlər üçün təşkil olunan müsahibə prosesini izləyiblər. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olan nümayəndə heyətinə Mərkəzin fəaliyyət istiqamətləri və könüllülərin bu prosesdəki rolu barədə məlumat verilib. Qonaqlar mərkəzin benefisiarları və könüllülərinin iştirakı ilə təşkil olunan ustad yaradıcılıq dərslərində (masterklass) iştirak ediblər”.

Səfər çərçivəsində nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzinə də baş çəkib. Onlar burada DOST TV studiyasına da ekskursiya edərək qurumun media-kommunikasiya fəaliyyəti ilə yaxından tanış olublar.

İki günlük səfər müddətində Özbəkistan nümayəndə heyəti DOST Agentliyinin müxtəlif departamentlərində görüşlər keçirib, könüllülər üçün təşkil olunan adaptasiya təlimlərini, qrup layihələrinin təqdimatlarını və “Fərdi inkişaf” klubu çərçivəsində keçirilən sessiyaları izləyiblər. Görüşlər zamanı qarşılıqlı təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.