Press "Enter" to skip to content

Sumqayıt teatrının sənət ənənələrinə həsr olunmuş filmin təqdimatı

Sumqayıt teatrının sənət ənənələrinə həsr olunmuş filmin təqdimatı

BAYRAQDAR MEDİA – Sumqayıt Dövlət Dram Teatrının tarixi, zəngin sənət ənənələri və müasir fəaliyyətini əks etdirən “Müşahidə” adlı qısametrajlı film çəkilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, ““Etalon” platforması tərəfindən ərsəyə gətirilən ekran işi uzun illər Sumqayıt teatrında fəaliyyət göstərmiş mərhum aktyor Yalçın Səlimovun xatirəsinə ithaf olunub. Filmin rejissoru və ssenari müəllifi Xəyalə Pircanova, operatoru Hüseyn Kərimov, operator assistenti isə Murad Cəbrayılovdur. Mayın 5-də Sumqayıt teatrında filmin təqdimatı keçirilib. Filmi Sumqayıt teatrının tamaşaçıları, teatrın yaradıcı heyəti, sənət adamları və ictimaiyyət nümayəndələri izləyiblər”.

Sonra xəbərdə, “filmin nümayişindən sonra Sumqayıt teatrının Yaradıcılıq şöbəsinin müdiri Xalq artisti Firudin Məhərrəmov çıxış edərək teatrın rəhbərliyi və kollektivi adından layihənin müəlliflərinə təşəkkürünü bildirib. X.Pircanova ekran işinin ideyası, yaranma prosesi və əsas məramı haqqında ətraflı məlumat verib” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.