Press "Enter" to skip to content

Jurnalistikanın gələcəyi Anadolu Universitetində müzakirə olunub

Xatirə fotosu

Son yeniləmə: 6 May 2026

BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Kommunikasiya Elmləri fakültəsi tərəfindən “Rəqəmsal transformasiya dövründə jurnalistika” mövzusunda tədbir keçirilib. Tədbirin qonağı Türkiyə Mətbuat Elan Qurumunun baş direktoru Abdulkadir Çay olub. Tədbirdə universitet rəhbərliyi, media nümayəndələri və tələbələr iştirak ediblər.

Universitetdən verilən məlumata əsasən rektor Prof. Dr. Yusuf Adıgüzel çıxışında Anadolu Universitetinin kommunikasiya elmləri sahəsində Türkiyənin ən köklü ali təhsil müəssisələrindən biri olduğunu bildirib. Onun sözlərinə görə, bu cür görüşlər tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rektor həmçinin universitetlə Mətbuat Elan Qurumu arasında əməkdaşlıq protokolunun imzalandığını açıqlayıb.

Mətbuat Elan Qurumu baş direktoru Abdulkadir Çay isə kommunikasiya fakültələri ilə media sektoru arasında əməkdaşlığın vacibliyini vurğulayıb. O bildirib ki, qurumun əsas məqsədi rəsmi elanların ədalətli və şəffaf şəkildə mediaya çatdırılmasını təmin etməkdir. A.Çay həmçinin jurnalistikanın ictimai məsuliyyətindən və süni intellektin mediada istifadəsindən danışaraq qeyd edib ki, avtomatlaşdırılmış sistemlər bəzi texniki prosesləri həyata keçirə bilər, lakin xəbərin yoxlanılması və son redaksiya qərarı insan nəzarətində olmalıdır.

Tədbirin sonunda Abdulkadir Çaya təşəkkür sertifikatı təqdim olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.