Son yeniləmə: 6 May 2026
BAYRAQDAR MEDİA – Iğdır Universitetinin Logistika Birliyi tərəfindən “Logistika Zirvəsi: Regional, milli və qlobal logistika inkişafı” adlı panel keçirilib. Panel tələbələrlə sahənin aparıcı nümayəndələrini bir araya gətirib.
Universitetin Karaağaç kampusunun konfrans zalında keçirilən tədbirdə rektor müavini Prof. Dr. Haktan Sevinç, akademik və inzibati heyət, eləcə də çoxsaylı tələbələr iştirak ediblər: “Paneldə Nəqliyyat və İnfrastruktur Nazirliyinin nümayəndələri, Iğdır Ticarət və Sənaye Palatasının rəhbərliyi, Qars Logistika Mərkəzinin müdiri və Gürbulak Gömrük İdarəsinin rəhbəri çıxış ediblər. Tədbirdə Iğdırın geosiyasi mövqeyi və logistika sektorunun bölgə iqtisadiyyatındakı rolu geniş şəkildə müzakirə olunub”.
Panel iştirakçıları Türkiyənin qlobal ticarətdəki mövqeyi, sərhəd-keçid məntəqələrinin strateji əhəmiyyəti və nəqliyyat infrastrukturundakı yeniliklər barədə məlumat veriblər. Xüsusilə Şərqi Anadolu bölgəsinin logistika potensialına diqqət çəkilib. Bildirilib ki, Iğdırın üç ölkə ilə sərhəddə yerləşməsi region üçün mühüm üstünlüklər yaradır və bu imkanlardan daha səmərəli istifadə olunmalıdır.






İlk şərhi yaza bilərsiniz