Press "Enter" to skip to content

Konfrans əməkdaşlığın daha da gücləndirilməsi üçün mühüm bir fürsətdir

Yusif Əliyev

Dr. Yusif Əliyev: Bizim əsas məqsədimiz türk dünyasında innovasiya mədəniyyətini gücləndirmək, gənclərimizi bu sahəyə təşviq etmək və ortaq iqtisadi inkişaf strategiyalarını formalaşdırmaqdır

BAYRAQDAR MEDİA – “Texnologiyanın sürətli inkişafı iqtisadiyyatın bütün sahələrinə dərindən təsir edir. Süni intellekt və texnoloji yeniliklər iqtisadi inkişafın əsas amillərindən birinə çevrilmişdir. Bizim əsas məqsədimiz türk dünyasında innovasiya mədəniyyətini gücləndirmək, gənclərimizi bu sahəyə təşviq etmək və ortaq iqtisadi inkişaf strategiyalarını formalaşdırmaqdır. Bu baxımdan, bugünkü konfrans müzakirə platforması olaraq əməkdaşlığımızın daha da gücləndirilməsi üçün mühüm bir fürsətdir”.

Bunu Bakıda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin (TÜDİFAK) təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə keçirilən II Beynəlxalq Türk Dünyası İqtisad Konfransındakı çıxışında (ITWEC 2026) TÜDİFAK dekanı Dr. Yusif Əliyev deyib.

O, tədbirin keçirilməsində dəstəyi olan hər kəsə və hər bir quruma təşəkkür edib: “Konfransın təşkilində göstərdikləri dəyərli dəstəyə görə konfransın fəxri rəhbərləri — UNEC-in rektoru, professor Ədalət Muradova və Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazqana təşəkkür edirəm. Həmçinin konfransın təşkilində dəstəyi olan TİKA rəhbərliyinə Yunus Emre Enstitüsü rəhbərliyınə eləcə də tələbələrimizə, təşkilat komitəsinə və iştirakçı qurumlara minnətdarlığımı bildirirəm”.

TÜDİFAK dekanı əlavə edib ki, builki tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistandan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edirlər. Konfransa təqdim olunan 119 müraciətdən elmi qiymətləndirmə nəticəsində 90 məruzə qəbul olunub. Tədbir çərçivəsində 4 panel, 2 əyani və 14 onlayn sessiyanın keçirilməsi nəzərdə tutulub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.