BAYRAQDAR MEDİA – Dokuz Eylül Universiteti Dövlət Konservatoriyası tərəfindən təşkil edilən xüsusi tədbirdə məktəbəqədər yaş qrupundakı uşaqlar klassik musiqi ilə tanış olublar. Simfonik orkestri təşkil edən musiqi alətləri səhnədə tanıdılaraq uşaqlara unudulmaz sənət təcrübəsi yaşadılıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, tədbir Hikmet Şimşək Sənət Mərkəzində keçirilib və 3–9 yaş arası uşaqların və ailələrinin iştirakı ilə olub: “Konsertdə uşaqlara klassik musiqi sevdirmək məqsədilə orkestr alətləri tək-tək izah olunub və onların aktiv iştirakı təmin edilib. Bir çox uşağın ilk dəfə canlı orkestr ilə tanış olduğu müşahidə olunub”.
Tədbir çərçivəsində konservatoriyaya qəbul və istedad imtahanları barədə də məlumat verilib. Ailələr universitetə dəvət olunub.






İlk şərhi yaza bilərsiniz