Press "Enter" to skip to content

“Ənənədən gələcəyə ilk addım”

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Yozgat Bozok Universitetinin Uşaq Təhsili Tətbiq və Araşdırma Mərkəzi tərəfindən “Ənənədən gələcəyə ilk addım” mövzusunda I Uşaq Festivalı təşkil olunub. Festival uşaqların sosial, mədəni və intellektual inkişafına dəstək məqsədi daşıyıb.

Universitetin məlumatına əsasən, tədbirdə ənənəvi oyunlar, yaradıcı dram fəaliyyətləri, elm və incəsənət stendləri təşkil olunub: “Uşaqlar həm əyləncəli vaxt keçirib, həm də maarifləndirici fəaliyyətlərdə iştirak ediblər. Valideynlər də uşaqları ilə birlikdə müxtəlif oyun və emalatxanalara qatılıblar. Festival çərçivəsində milli-mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət ayrılıb”.

Tədbirin ailələrin birlikdə keyfiyyətli vaxt keçirməsinə şərait yaratdığı bildirilib.

Mission News Theme by Compete Themes.