Press "Enter" to skip to content

“Hər Kare Bir İlmek” sərgisi sənətsevərlərin ixtiyarına verilib

Iğdır Universiteti

BAYRAQDAR MEDİA – Iğdır Universitetində müəllim Rabia Karta tərəfindən hazırlanan “Hər Kare Bir İlmek” adlı sərginin açılışı keçirilib. Karaağaç kampusunda təşkil olunan tədbirdə universitet rəhbərliyi, akademik heyət, tələbələr və çoxsaylı qonaqlar iştirak ediblər.

Məlumata əsasən, sərgidə ənənəvi motivlərin müasir incəsənət üslubu ilə birləşdirildiyi əl işləri nümayiş olunub: “Ziyarətçilər əsərlərə böyük maraq göstərərək onların hazırlanma prosesi ilə tanış olublar. Rektor Prof. Dr. Ekrem Gürel universitetlərin yalnız təhsil deyil, həm də mədəniyyət və incəsənət mərkəzi olduğunu vurğulayıb”.

Sərginin kuratoru Rabia Karta isə əsərlərin hazırlanmasının üç aydan altı aya qədər davam etdiyini bildirib.

O qeyd edib ki, istifadə olunan motivlər Anadolu Səlcuqlu dövrünə aid ənənəvi naxışlardan seçilib.

Tədbir iştirakçılara təşəkkür sertifikatlarının təqdim olunması ilə yekunlaşıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.