BAYRAQDAR MEDİA– Çanakkale Onsekiz Mart Universitetində 6-cı Beynəlxalq Bankçılıq Konqresi təşkil olunub. Biga Tətbiqi Elmlər Fakültəsinin təşkil etdiyi tədbirdə bankçılıq və maliyyə sektorunun aparıcı nümayəndələri ilə akademiklər bir araya gəliblər.
Bu barədə universitetdən bildirilib.
Qeyd edilib ki, Konqresdə Şekerbank, enpara.com, Yapı Kredi və SPK nümayəndələri çıxış edərək maliyyə sektorunun gələcəyi ilə bağlı fikirlərini bölüşüblər.
Məlumata əsasən, “Türkiyə iqtisadiyyatında aktual inkişaflar” adlı xüsusi panel iştirakçıların böyük marağına səbəb olub: “Paneldə iqtisadçılar Prof. Dr. Burak Arzova və Prof. Dr. Sadi Uzunoğlu iqtisadi proseslər və gələcək proqnozlar barədə çıxış ediblər”.
Günboyu davam edən tədbirdə akademik sessiyalar və sahə üzrə müzakirələr keçirilib.
Konqres xatirə fotosu çəkilməsi ilə yekunlaşıb.





İlk şərhi yaza bilərsiniz