Press "Enter" to skip to content

Yunus Emrenin universal mesajları müzakirə olunub

Anadolu Universitetinin önü

BAYRAQDAR MEDİA – Anadolu Universitetində “Bizim Yunus” adlı geniş formatlı söhbət proqramı keçirilib.

Universitetdən bildirilib ki, tədbir Yunus Emre Mədəniyyət və İncəsənət Həftəsi çərçivəsində təşkil olunub və burada Eskişehir rəsmiləri, alimlər, jurnalistlər və çoxsaylı qonaqlar iştirak ediblər.

Proqramda böyük türk mütəfəkkiri Yunus Emrenin həyatı, təsəvvüf dünyası və universal mesajları müzakirə olunub. Universitetin rektoru Prof. Dr. Yusuf Adıgüzel çıxışında Anadolu Universitetinin “Yunus Emre kampusu” olduğunu vurğulayaraq, onun irsinin tələbələrə mənəvi örnək kimi təqdim edildiyini bildirib.
Moderator Pelin Çift Yunus Əmrənin adının hər kəsə tanış olsa da, fəlsəfəsinin dərindən öyrənilməsinin vacibliyini qeyd edib.

Prof. Dr. Haşim Şahin və Prof. Dr. Tufan Gündüz isə çıxışlarında Yunus Emrenin Türk-İslam mədəniyyətindəki yeri, təsəvvüf ənənəsi və türk dilinin inkişafındakı rolundan danışıblar.

Tədbirdə XIII əsr Anadolusunun mürəkkəb ictimai-siyasi şəraiti fonunda Yunus Emrenin insanlara mənəvi yol göstərən şəxsiyyət olduğu vurğulanıb.

Proqram sual-cavab hissəsindən sonra iştirakçılara xatirə sertifikatlarının təqdim olunması ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.