Press "Enter" to skip to content

Mədəniyyət Nazirliyi ilə “Real TV”-dən birgə layihə – VİDEO

Mədəniyyət Nazirliyi ilə “Real TV”-dən birgə layihə

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında dil milli kimliyin formalaşmasında və qorunmasında həlledici rol oynayan fundamental amil kimi səciyyələndirilir. Konsepsiyada həmçinin media sahəsində dil mədəniyyətinin qorunması, normativ dil qaydalarına əməl olunması və milli leksik fondun zənginləşdirilməsi də xüsusi vurğulanır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bütün bu qeyd olunanlar nəzərə alınaraq sözügedən Nazirlik ilə “Real TV”-nin birgə əməkdaşlığı ilə müasir Azərbaycan ədəbi dilinin saflığının qorunması, cəmiyyətdə bununla bağlı məlumatlılığın artırılması məqsədilə “Redaktor” adlı televiziya layihəsi həyata keçiriləcək. Layihə üzrə konkret nümunələr əsasında Azərbaycan dilinin orfoqrafiya və orfoepiyasına dair məlumat veriləcək. Bununla yanaşı, indiyədək yalnış bilinən sözlərin də düzgünlüyünə toxunulacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.