BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “məqsəd uşaqların müxtəlif peşə sahələri ilə bağlı dünyagörüşünün artırılması, onların gələcək peşələri ilə bağlı planlarının formalaşdırılması, sosial reabilitasiyalarına dəstək vermək olub. Ekskursiya iştirakçılarına Peşə Təhsil Mərkəzinin tarixi, ümumtəhsil kabinetləri, laboratoriyalar, emalatxanalar, müxtəlif peşə sahələri, peşə təlimi barədə barədə məlumatlar verilib”.
Uşaqlar mərkəzdə peşələrin tədrisi prosesi ilə yaxından tanış olmaq, habelə əyləncəli vaxt keçirmək imkanı əldə ediblər.






İlk şərhi yaza bilərsiniz