Press "Enter" to skip to content

Azərbaycanın oxatma üzrə milli komandası Avropa Çempionatında

Azərbaycanın oxatma üzrə milli komandası Avropa Çempionatında

​BAYRAQDAR MEDİA – 18–24 may 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhəri kamandan oxatma üzrə açıq havada növbəti Avropa Çempionatına ev sahibliyi edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Kamandan Oxatma Federasiyasından (AKOF) daxil olub.

Xəbərdə deyilir ki, “Gənclər və İdman Nazirliyinin (GİN) və AKOF-un birgə dəstəyi ilə qitənin bu ən mötəbər yarışında Azərbaycanı Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova, Sərdar Vəliyev Nurlan Rəhimli təmsil edəcəklər. Çempionatın proqramına uyğun olaraq idmançılar fərdi, komanda və qarışıq yarış növlərində hədəf qarşısına keçərək ən yüksək nəticələr uğrunda mübarizə aparacaqlar”.

Ardınca xəbərdə, “milli komandanın bu çempionata sistemli və yüksək səviyyədə hazırlığı üçün genişmiqyaslı təlim-məşq toplanışları təşkil olunub. Hazırlıq çərçivəsində Belarus milli komandasının üzvləri ilə Quba Olimpiya İdman Kompleksində birgə məşqlər keçirən oxatanlar, mayın 3-dən etibarən hazırlıq prosesini Antalyada, bilavasitə çempionatın keçiriləcəyi məkanda beynəlxalq təlim-məşq toplanışı ilə davam etdiriblər. Hazırlıq mərhələsini tam heyətlə və yüksək peşəkarlıqla başa vuran milli komanda qitə birinciliyində qalibiyyətə iddialıdır” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.