Press "Enter" to skip to content

Dünya çempionundan idmanla məşğul olanlara çağırış – VİDEO

Dünya çempionundan idmanla məşğul olanlara çağırış

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idmançılar və gənclər arasında sağlam, təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün istifadəsinin təşviqi məqsədilə “Doğru seçim, yüksək nəticə” adlı kampaniyasını davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “layihənin növbəti qonağı kikboks üzrə dünya çempionu Sürət Qarayev olub. O, idmanla məşğul olan hər kəsə çağırış edərək bildirib ki, dövlət qeydiyyatından, nəzarətdən keçməmiş hər hansı idman qidasından və bioloji aktiv qida məhsulundan istifadə etməsinlər, çünki belə qidaların qəbulu insan həyatı üçün ciddi risk daşıyır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.