Press "Enter" to skip to content

IV Milli Bozok Film Festivalı başlayır

Son yeniləmə: 17 May 2026

BAYRAQDAR MEDİA – Yozgat Valiliyi və Yozgat Bozok Universitetin birgə təşkilatçılığı ilə keçiriləcək IV Milli Bozok Film Festivalı 18-22 may tarixlərində olacaq. Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, festivalın fəxri qonağı tanınmış aktyor Yüksel Arıcı olacaq: “Tədbir çərçivəsində aktyor Haluk Piyesin iştirakı ilə “Media və ailə” mövzusunda görüş də keçiriləcək. Festivalda Türkiyənin müxtəlif universitetlərindən tələbələrin çəkdiyi filmlər nümayiş olunacaq”.

Qeyd edilib ki, yarışmaya 100-dən çox film təqdim edilib. Filmlər bədii, sənədli və eksperimental kateqoriyalar üzrə qiymətləndiriləcək: “Qaliblərə pul mükafatları və xüsusi mükafatlar təqdim olunacaq. Festival çərçivəsində film nümayişləri, seminarlar və ustad dərsləri də təşkil ediləcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.