Son yeniləmə: 17 May 2026
BAYRAQDAR MEDİA – Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Eskişehir Kültür Yolu Festivalının açılışı Odunpazarı Modern Muzeyində keçirilib.
Bu barədə Anadolu Universitetinin məlumatında qeyd edilib.
Bildirilib ki, Açılışda nazir Mehmet Nuri Ersoy, şəhər rəhbərliyi, millət vəkilləri və çoxsaylı qonaqlar iştirak ediblər: “Nazir çıxışında festivalın əsas məqsədinin mədəni irsin qorunması və şəhərlərin tanıdılması olduğunu bildirib. O qeyd edib ki, türk mətbəxinin dünyada tanıdılması istiqamətində mühüm addımlar atılır. Festival çərçivəsində Eskişehirin məşhur yeməkləri və gastronomiya marşrutları təqdim olunacaq. Şəhərdə ümumilikdə 177 tədbirin keçirilməsi planlaşdırılır”. Məlumata görə, festival proqramına konsertlər, sərgilər, seminarlar və uşaq tədbirləri daxildir. Tədbirin yerli turizmin inkişafına və iqtisadi fəallığın artmasına töhfə verəcəyi vurğulanıb.






İlk şərhi yaza bilərsiniz