Son yeniləmə: 17 May 2026
Bu dəfə yürüş və festivalda Türkiyə, KKTC, Azərbaycan və digər türk dövlətlərindən nümayəndələr iştirak ediblər
BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanlığının İletişim Başqanlığının koordinasiyası ilə Nyu-Yorkda keçirilən 43-cü Türk Günü yürüşü böyük coşqu və geniş iştirakla reallaşıb. Ənənəvi tədbir minlərlə türk-amerikalını bir araya gətirib.
Bu barədə kibristurk.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, yürüş və festivalda Türkiyə, KKTC, Azərbaycan və digər türk dövlətlərindən nümayəndələr iştirak ediblər: “Tədbirdə Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal, BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız və digər rəsmi şəxslər yer alıblar. Madison küçəsində keçirilən yürüşdən sonra festival proqramı təşkil olunub, türk marşları və folklor nümunələri səsləndirilib”. Məlumata görə, Cümhurbaşqanı Recep Tayyip Erdoğanın türk diasporuna ünvanladığı videomüraciət iştirakçılar tərəfindən izlənilib: “Türkiyənin tarixi, turistik və mədəni dəyərləri xüsusi rəqəmsal platformalarda təqdim olunub. Eyni zamanda Türkiyənin COP31 İqlim Zirvəsinə ev sahibliyi edəcəyi və “Sıfır Atıq” layihəsi ilə bağlı mesajlar nümayiş etdirilib. Tədbir çərçivəsində Mehteran Birliyinin çıxışı da böyük maraqla qarşılanıb”.






İlk şərhi yaza bilərsiniz