Yusuf Tekinay: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Forumu Türk dünyasının ortaq düşüncəsini, ortaq vicdanını və ortaq gələcək iradəsini ortaya qoyan çox mühüm bir platforma oldu
BAYRAQDAR MEDİA – “İlk növbədə qeyd etmək istəyirəm ki, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Forumu sadəcə bir toplantı deyil, Türk dünyasının ortaq düşüncəsini, ortaq vicdanını və ortaq gələcək iradəsini ortaya qoyan çox mühüm bir platforma oldu. Bu baxımdan Azərbaycanın ev sahibliyini olduqca uğurlu hesab edirəm”.
Bunu Forumun iştirakçısı, Kuzey Kıbrıs Genç İş İnsanları Derneğinin (GİAD) başqanı Yusuf Tekinay deyib.
O, qeyd edib ki, Bakı bu gün yalnız Azərbaycanın paytaxtı deyil, eyni zamanda Türk dünyasının fikir istehsal edən, insanları bir araya gətirən və ortaq baxış formalaşdıran əsas mərkəzlərindən birinə çevrilib: “Forum çərçivəsində müxtəlif ölkələrdən olan vətəndaş cəmiyyəti nümayəndələrinin eyni masa arxasında toplaşması, bir-birini dinləməsi, ortaq problemləri müzakirə etməsi və birgə layihələr üzərində fikir mübadiləsi aparması olduqca dəyərlidir”.
Y.Tekinay əlavə edib ki, qeyri-hökumət təşkilatları dövlətlərarası münasibətlərin tamamlayıcı gücüdür: “Dövlətlər siyasi və diplomatik müstəvidə əlaqələri inkişaf etdirərkən, vətəndaş cəmiyyəti bu münasibətləri xalqların qəlbinə daşıyır. Gənclər siyasəti, qadın sahibkarlığı, sosial məsuliyyət, təhsil, mədəniyyət, ekologiya, şəhərsalma, sahibkarlıq və rəqəmsal transformasiya kimi sahələrdə QHT-lərin birgə fəaliyyəti Türk dünyasında uzunmüddətli əməkdaşlıq mühitinin formalaşmasına ciddi töhfə verə bilər. Mən bu forumu “tanışlıq mərhələsindən” “birlikdə istehsal və fəaliyyət mərhələsinə” keçid baxımından çox önəmli hesab edirəm. Artıq bir-birini sadəcə salamlayan deyil, ortaq layihələr hazırlayan, birgə fond mexanizmləri yaradan, gəncləri bir araya gətirən, şəhərlər və iş dünyaları arasında körpülər quran yeni əməkdaşlıq modelinə ehtiyac var. Bu cür platformalar da məhz həmin ehtiyaca cavab verir”.






İlk şərhi yaza bilərsiniz