Press "Enter" to skip to content

Bu, türk dünyasının qüdrətini artıracaq

Fuad Məmmədov

BAYRAQDAR MEDİA – “Yüksək mədəniyyətli cəmiyyətin formalaşdırılması və inkişaf etdirilməsi türk dünyasının qüdrətini artıracaq”.

Bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumundakı çıxışında QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov deyib.

Çıxışında ixtisasca kulturoloq olduğunu xatırladan F.Məmmədov daha sonra bildirib: “Ömrünü, akademik elmi fəaliyyətimi mədəniyyət məsələlərinə həsr etmişəm. Yüksək ruhi mədəniyyət, yəni dost və qardaş xalqlarımızın intellektual və mənəvi mədəniyyətinin qovşağı bizim əsas gücümüzdür. Türk sivilizasiyası dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiyadır. Bu xüsusda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı xüsusi məna daşıdı, tarixi əhəmiyyətli sənəd oldu. Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələ yaradıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində dünən keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə elan etdi ki, türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk dünyası həftəsi” də bu ilin iyun ayında Bakıda keçiriləcək. Bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisə olacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.