Press "Enter" to skip to content

Ersin Güzel: TDT-yə daxil olmayan türk topluluqları da daim diqqət mərkəzində saxlanılmalıdır

Ersin Güzel

Son yeniləmə: 17 May 2026

BAYRAQDAR MEDİA – “Türk dünyasının bir-birindən başqa dayağı yoxdur və türk xalqları yalnız birlik və qarşılıqlı dəstək sayəsində mövcud çağırışların öhdəsindən gələ bilər.

Bunu Dünya Türk Gənclər Birliyi (DTGB) başqanı Ersin Güzel Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib.

O, qeyd edib ki, Prezident İlham Əliyevin türk dünyasının birliyi ilə bağlı mesajları bu gün də aktuallığını qoruyur: “Prezident İlham Əliyevin vurğuladığı kimi, ya bir-birimizə dəstək olaraq çətinliklərdən birlikdə çıxacağıq, ya da zəifləyəcəyik. Lakin türk dünyasının məhv olmaq kimi bir niyyəti yoxdur. Biz bunu Malazgirddə, Çanaqqalada, Kiprdə və Qarabağda bütün dünyaya sübut etmişik”.

Ersin Güxel bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə yanaşı, təşkilata daxil olmayan türk topluluqları da daim diqqət mərkəzində saxlanılmalıdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.