BAYRAQDAR MEDİA – Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “Erkən kəsimə son” kampaniyasını dəstəkləyib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “deputatın sözlərinə görə, dini ənənələrə əsasən, 6 aylıqdan aşağı quzuların qurbanlıq kimi kəsilməsi doğru hesab olunmur. O vurğulayıb ki, həm dini dəyərlər, həm də ərzaq təhlükəsizliyi baxımından bu məsələyə hər kəs həssas və məsuliyyətlə yanaşmalıdır. C.Məmmədov qeyd edib ki, 6 aylıqdan kiçik quzuların kəsilməsi heyvan sayının sürətlə azalmasına səbəb olur”.
Ardınca xəbərdə, “o, vətəndaşlara müraciət edərək bildirib ki, yalnız Qurban bayramı ərəfəsində deyil, sonrakı dövrlərdə də erkən kəsimin qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir. Millət vəkilinin fikrincə, bu yanaşma həm milli-mənəvi dəyərlərin qorunmasına, həm də gələcək nəsillər üçün heyvandarlığın davamlı inkişafına xidmət edir”.






İlk şərhi yaza bilərsiniz