Son yeniləmə: 17 May 2026
BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatı Azərbaycanın hazırki sədrliyi dövründə beynəlxalq mövqelərini möhkəmləndirir. “Türk Dövlətləri Təşkilatı+” formatında yeni tərəfdaşlar, imkanlar və əməkdaşlıq perspektivləri araşdırılır.
Bunu QHT Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Rizvan Nəbiyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda çıxışında bildirib.
R.Nəbiyev deyib ki, 1926-cı ildə keçirilmiş I Türkologiya Qurultayının davamçıları olan bugünkü nəsil, babalarımızın ideyalarını yeni üsullarla, rəqəmsal formatda həyata keçirməlidir: “Çünki yarımçıq qalmış arzular, ideyalar var və bizlər həmin arzuları müasir dövrün tələblərinə uyğun şəkildə reallaşdırmalıyıq”.






İlk şərhi yaza bilərsiniz