BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən “Dənizi təmiz saxla” ekoloji aksiyası həyata keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, ““Şəhərsalma və Memarlıq İli”nə həsr olunan tədbirdə Agentliyin 120 əməkdaşı iştirak edib. Tədbir Xəzər dənizinin sahilyanı ərazilərinin təmizliyinin qorunmasına, ekoloji məsuliyyətin təşviqinə, ətraf mühitin mühafizəsi istiqamətində ictimai maarifləndirməyə dəstək vermək məqsədi daşıyıb. Aksiya çərçivəsində Hövsan qəsəbəsi üzrə sahilboyu ərazilər məişət tullantılarından təmizlənib. Tədbirin sonunda iştirakçılar “Xəzərimizə Diqqət, Dəyər, Qayğı ilə” şüarı əks olunan plakatla həmrəylik nümayiş etdirərək Xəzər dənizinin qorunmasının vacibliyinə diqqət çəkiblər”.
Qeyd edək ki, SXA tərəfindən sosial və ekoloji yönümlü korporativ sosial məsuliyyət tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.






İlk şərhi yaza bilərsiniz