Press "Enter" to skip to content

Nazir müavini bir sıra görüşlər keçirib

Nazir müavini bir sıra görüşlər keçirib

BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Alwaleed Philanthropies” təşkilatının Baş katibi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) ərəb dövlətləri üzrə xoşməramlı səfiri Şahzadə Lamia bint Məcid Al Səud ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə rəqəmsal inkişaf və süni intellekt sahələrində mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda aşağı gəlirli ailələr və kənd yerlərində rəqəmsal savadlılığın artırılması, kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal hazırlığının təşviqi, eləcə də innovasiya laboratoriyaları sahəsində birgə fəaliyyətin perspektivləri müzakirə edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.