BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Bankla əməkdaşlığın gündəliyində olan prioritet istiqamətlər nəzərdən keçirilib: “Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər, şəhərlərin su təchizatının və Naxçıvanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərsalma layihələri barədə müzakirələr aparılıb”.






İlk şərhi yaza bilərsiniz