Press "Enter" to skip to content

Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub

Xatirə fotosu

BAYRAQDAR MEDİA – Böyük Britaniyanın Nyuport şəhərində keçirilən “Ümumdünya Baş Aşpazlar Cəmiyyətləri Assosiasiyasının Konqresi və Beynəlxalq Sərgisi” (Worldchefs Congress & Expo) çərçivəsində Azərbaycanın qastroturizm imkanları təqdim edilib.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanın qastroturizm potensialı və inkişaf perspektivləri, qeyri-maddi mədəni irs kimi milli qastronomiyanın təbliği və qorunması, bu istiqamətdə restoran sənayesinin rolu haqqında təqdimat edilib.

1928-ci ildən etibarən hər iki ildən bir keçirilən və “Worldchefs” tərəfindən təşkil edilən tədbirin məqsədi dünya üzrə aşpazları və müxtəlif sahələrdən olan innovatorları bir araya gətirərək qastronomiya sənayesini araşdırmaq, qastronomiya sənayesi nümayəndələri və mütəxəssislərinin peşəkar əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə imkan yaratmaqdır.

Dünya üzrə 100-dən çox aşpaz assosiasiyasını birləşdirən “Worldchefs” qlobal şəbəkəsində ölkəmizi Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) təmsil edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.