Press "Enter" to skip to content

Nazir ilə BP-nin nümayəndə heyəti arasında görüş

Nazir ilə BP-nin nümayəndə heyəti arasında görüş

BAYRAQDAR MEDİA – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolinin rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə BP ilə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub. Görüş zamanı Azərbaycanın 5 iyun 2026-cı il tarixində Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyi qeyd olunub və tədbirə hazırlıq məsələləri müzakirə edilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.