Son yeniləmə: 20 May 2026
BAYRAQDAR MEDİA – Türk Xalq Musiqisi sənətçisi Aygün Çam İğdır Universitetində keçirilən “Ehlibeytin izində” proqramında dinləyicilər qarşısında çıxış edib. Ədəbiyyat Tələbələri Birliyi tərəfindən təşkil olunan tədbirdə sənətçi ifa etdiyi nəfəslər və deyişlərlə iştirakçılara duyğulu anlar yaşadıb.
Universitetin məlumatında deyilir ki, proqramda universitetin rektoru Prof. Dr. Ekrem Gürel, MHP İl Başkanı Hüseyn Ateş, müəllimlər, tələbələr və çoxsaylı vətəndaşlar iştirak ediblər.
Tədbirdə Ehlibeyt sevgisi, birlik, qardaşlıq və mənəvi dəyərlər mövzuları ön plana çıxıb. Anadolu irfanını və xalq musiqisi ənənələrini əks etdirən ifalar böyük maraqla qarşılanıb. Tədbir sənətçiyə təşəkkür plaketi və gül təqdim olunması ilə yekunlaşıb.






İlk şərhi yaza bilərsiniz