Press "Enter" to skip to content

AAF məktəb və klubların avadanlıqla təminatını davam etdirir

AAF məktəb və klubların avadanlıqla təminatını davam etdirir

BAYRAQDAR MEDİA – Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) tərəfindən AAF-a müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunur.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AAF-dan daxil olub.

Xəbərdə deyilir ki, “artıq bölgələrdə yerləşən klub və məktəblərin avadanlıqla təminatı yekunlaşıb və həmin mərkəzlərdə təhvil verilən avadanlıqlarla məşqlər davam etdirilir. Belə ki, Gənclər və İdman Nazirliyi Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayon Uşaq-Gənclər İdman Məktəbi, həmçinin şəhid “Ümüd Qasımzadə adına Ağır Atletika İdman Klubu” ictimai birliyindəki hazırlıq prosesindən fotolar paylaşılıb. AAF davamlı olaraq digər bölgələrdə də hazırlıq prosesini də diqqətdə saxlayır”.

Qeyd edək ki, yaxın günlərdə Bakı və Sumqayıtda yerləşən məktəblərin də avadanlıqla təminatı reallaşdırılacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.