Press "Enter" to skip to content

DSMF əməkdaşları beynəlxalq vebinarda iştirak ediblər

Vebinar

BAYRAQDAR MEDİA – Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə keçirilən “Avrasiya regionunda və onun hüdudlarından kənarda uzunmüddətli qayğı strategiyaları” mövzusunda beynəlxalq vebinarda iştirak ediblər.

Bu barədə DSMF-nin məlumatında qeyd edilib.

Bildirilib ki, vebinarın açılışında çıxış edən BPSFA-nın sədri, DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev pensiya sistemlərinin dayanıqlılığının artırılması, əhalinin yaşlanmasının sosial təminat sahəsinə təsiri, eləcə də uzunmüddətli qayğı xidmətlərinin təşkili və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.

DSMF-nin İdarə Heyəti sədrinin müavini Səfər Mehdiyev isə “Azərbaycanda yaşlılara uzunmüddətli qayğı sisteminin inkişafında sosial ödənişlərin və rəqəmsallaşmanın rolu” mövzusunda təqdimatla çıxış edib. O, ölkəmizdə son illər ərzində sosial təminat sahəsində həyata keçirilən islahatlar, proaktiv xidmətlər və yaşlı şəxslərə göstərilən sosial qayğı xidmətlərinin inkişafı barədə məlumat verib.

Vebinarda Rusiya, Çin, Uruqvay, Qazaxıstan və Tacikistanın sosial təminat qurumlarının nümayəndələri, həmçinin BSTA ekspertləri sosial müdafiə sistemlərinin inkişafı və innovativ yanaşmalar barədə təqdimatlarla çıxış ediblər.

Beynəlxalq tədbirdə Avrasiya, Afrika və Amerika qitələrindən sosial təminat qurumlarını təmsil edən 200-dən çox nümayəndə iştirak edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.