BAYRAQDAR MEDİA – Mayın 22-də Quba şəhərində yerləşən Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində MÜSİAD, TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə Regional Expo Quba 2026 tədbiri uğurla keçirilib. Tədbir Qızıl Sponsorlar – Rabitəbank ASC və Prometech, həmçinin Gümüş Sponsor – Cardinalia Septem Group şirkətinin sponsorluğu ilə təşkil olunub.
Regionun biznes, innovasiya, sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarını bir araya gətirən sərgidə Quba və ətraf rayonlardan fəaliyyət göstərən 130 müəssisə və təşkilat öz məhsul və xidmətlərini təqdim etmək üçün stendlərlə iştirak edib.
Qeyd edək ki, tədbir haqqında geniş məlumat cagri.az saytı vasitəsilə əldə etmək olar.






İlk şərhi yaza bilərsiniz