BAYRAQDAR MEDİA – “2026 Eskişehiri Anladır” rəqəmsal kommunikasiya layihəsinin yeni buraxılışında Türkiyənin ilk yerli və milli elektrikli magistral lokomotivi olan “Eskişehir 5000” ictimaiyyətə təqdim edilib. Layihənin məqsədi Eskişehirin sənaye potensialını, tarixi dəyərlərini və gələcəyə yönəlmiş strateji layihələrini daha geniş auditoriyaya tanıtmaqdır.
Bu barədə AK Parti Eskişehir İl Başkanı Gürhan Albayrak öz X sosial şəbəkə hesabından payıaşım edib.
Qeyd edilib ki, yeni videoda şəhərin istehsal gücünü simvolizə edən “Eskişehir 5000” lokomotivinin hazırlanma prosesi xüsusi olaraq nümayiş etdirilir. Kadrlarda lokomotivin TÜRASAŞ müəssisələrində türk mühəndisləri və işçilərinin əməyi ilə istehsal edilməsi əks olunub. Layihədə Eskişehirin dəmir yolu və sənaye sahəsindəki uzunmüddətli ənənələrinə diqqət çəkilərək, şəhərin Türkiyənin sənayeləşməsində oynadığı mühüm rol vurğulanıb. Videoda “Karakurt və Devrim irsi ilə Eskişehir istehsal etməyə davam edir” mesajı ön plana çıxarılır və Türkiyənin ilk yerli avtomobili “Devrim” ilə ilk yerli buxar lokomotivi “Karakurt” layihələrinin mirasının bu gün də yaşadığı qeyd edilir.






İlk şərhi yaza bilərsiniz