BAYRAQDAR MEDİA – Iğdırın zəngin mədəni irsinin ayrılmaz hissəsi olan Qafqaz xalq rəqsləri yalnız özünəməxsus musiqisi və hərəkətləri ilə deyil, həm də milli geyim elementləri ilə diqqət çəkir. Bu geyimlərin ən mühüm atributlarından biri hesab edilən Qafqaz kəməri sadəcə bəzək əşyası deyil, xalqın tarixi, kimliyi və mənəvi dəyərlərinin simvolu kimi qiymətləndirilir.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumatda deyilir: “Qafqaz folkloru üzrə ustad müəllim Hüseyn Baydar bildirib ki, bu kəmər əsrlər boyu formalaşmış mədəniyyətin, ləyaqətin və milli duruşun beldə daşınan ifadəsidir. Onun sözlərinə görə, gümüş üzərində işlənən naxışlar nəsildən-nəslə ötürülən adət-ənənələri, qəhrəmanlıq tarixini və milli yaddaşı yaşadır. Kişi rəqqasların geyimində kəmər mərdlik, intizam və qürur rəmzi sayıldığı halda, qadınların geyimində zəriflik və estetik gözəlliyi ön plana çıxarır. Iğdırda uzun illərdir fəaliyyət göstərən folklor müəllimlərinin səyi nəticəsində bu ənənə gənc nəslə ötürülür və Qafqaz xalq oyunları öz orijinallığını qoruyub saxlayır. Bu gün səhnədə istifadə olunan hər bir gümüş Qafqaz kəməri yalnız milli geyimin bir hissəsi deyil, həm də zəngin tarixi irsin və mədəni kimliyin gələcək nəsillərə çatdırılmasının rəmzi kimi yaşamaqda davam edir”.






İlk şərhi yaza bilərsiniz