Press "Enter" to skip to content

5 ayda 560-a yaxın xidmət göstərilib

KOBİA

BAYRAQDAR MEDİA – İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyətinin təşviqi və sahibkarların dövlət xidmətlərinə rahat çıxışının təmin olunmasına dəstək verən “Şuşa KOB evi”ndə 2026-cı ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət göstərilib.

Bu barədə KOBİA-dan məlumat verilib.

Bildirilib ki, KOB evinə daxil olan müraciətlər əsasən biznes fəaliyyətinin təşkili, kommunal şəbəkələrə qoşulma və vergi məsələləri ilə bağlı olub: “Belə ki, 2026-cı ilin yanvar-may aylarında “Şuşa KOB evi”nə ən çox müraciət edilən “Azərişıq” ASC – 219 (39,18 faiz), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti – 161 (28,80 faiz), “Azəriqaz” İB – 122 (21,82 faiz) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi – 50 (8,94 faiz) tərəfindən göstərilən xidmətlər olub. “Şuşa KOB evi”nə Qarabağ iqtisadi rayonuna daxil olan bütün şəhər və rayonlardan sahibkarlar müraciət edə bilərlər”.

Qeyd edilib ki, “Şuşa KOB evi” 2025-ci ilin fevral ayında fəaliyyətə başlayıb və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir: “Burada sahibkarlara biznesin qeydiyyatı, vergi xidmətləri, lisenziya və icazələrin alınması, investisiya təşviqi sənədinin verilməsi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi, kommunal xidmətlərə qoşulma və digər istiqamətlər üzrə xidmətlər göstərilir. Ümumilikdə, “Şuşa KOB evi”ndə sahibkarlara 8 dövlət qurumu və özəl təşkilat tərəfindən 90-dan çox xidmət təqdim olunur.

“Şuşa KOB evi” Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin binasında yerləşir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.