Press "Enter" to skip to content

Azərbaycan AOK-un 55-ci Baş Assambleyasında

Azərbaycan AOK-un 55-ci Baş Assambleyasında

BAYRAQDAR MEDİA – İyunun 12-də Macarıstanın paytaxtı Budapeştdə Avropa Olimpiya Komitələrinin (AOK) 55-ci Baş Assambleyası öz işinə başlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “iki gün davam edəcək tədbirdə Azərbaycanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov və beynəlxalq proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanov təmsil edirlər. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kristi Koventri, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və digər ölkələrin MOK-larının iştirakı ilə keçirilən Baş Assambleyada bir çox məsələlər haqqında müzakirələr aparılacaq. İclasın ilk günündə Türkiyədə keçiriləcək İstanbul-2027 Avropa Oyunlarına hazırlıqla bağlı fikirlər səsləndiriləcək, həmçinin Milan-Kartino XXV Qış Olimpiya Oyunlarının və Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) hesabatı dinləniləcək”.

Daha sonra xəbərdə, “Baş Assambleya zamanı həmçinin “Ən yaxşı avropalı gənc atlet” üçün nəzərdə tutulan 14-cü “Pyotr Nurovski” mükafatı və Avropa Olimpiya Komitəsinin “Xidmətlərinə görə” ordeninə layiq görülmüş şəxslərin mükafatlandırılma mərasimi də keçiriləcək. Assambleyanın ikinci günündə Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı öz sahibinə təqdim olunacaq. Bundan başqa iclasda Braşov-2027 XVIII Qış Avropa Gənclər Olimpiya Festivalı və Linyano-Sabbiadoro-2027 XIX Avropa Gənclər Yay Olimpiya Festivalı və AOK-un komissiyasının hesabatları, WADA-nın tibb və antidopinqlə bağlı hesabatları dinləniləcək. İclasda 2027-ci ildə Monakoda keçiriləcək Kiçik Avropa Dövlətlərinin Oyunları ilə bağlı təqdimat və yeniliklərlə bağlı müzakirələr aparılıb” deyə bildirilir.

İclasın sonuncu günündə AOK-un 56-cı Baş Assambleyasının Türkiyənin İstanbul şəhərində keçiriləcəyi elan olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.