Press "Enter" to skip to content

Azərbaycan kanoeçisi Avropa çempionu olub

Azərbaycan kanoeçisi Avropa çempionu olub

BAYRAQDAR MEDİA – Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatı keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Su İdman Növləri Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycan təmsilçisi Boqdan Kurudz (35–39 yaş) Masters kateqoriyasında qızıl medal qazanıb. 500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan B.Kurudz bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb”.

Qeyd edək ki, B.Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.