BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Qaradağ Sosial Xidmət Mərkəzində xidmət alan əlilliyi olan uşaqlar və onların valideynlərinin iştirakı ilə “Ailə bağları” adlı art-terapiya yönümlü master-klass təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “iştirakçılar ailə ağacı hazırlayaraq öz ailələrini xarakterizə edən dəyərləri, hissləri və xatirələri simvolik şəkildə ifadə ediblər. Eləcə də ailə dəyərləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir ailədaxili emosional bağların möhkəmləndirilməsi, valideynlərin ailə dəyərləri üzərində düşünmələrinə şərait yaradılması, eləcə də ailənin psixoloji resurslarının və potensialının üzə çıxarılmasına dəstək məqsədi daşıyıb”.






İlk şərhi yaza bilərsiniz