BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, ““İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndəsi, Agentliyin əməkdaşları, həmçinin Mərkəzin benefisiarları iştirak ediblər. Çıxışlar zamanı əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi, onların sosial inteqrasiyasının gücləndirilməsi, peşə bacarıqlarının inkişaf etdirilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və sosial müdafiə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib”.
Daha sonra xəbərdə, “həmçinin benefisiarların uğur hekayələri dinlənilib, reabilitasiya xidmətlərinin onların peşə bacarıqlarının inkişafında və əmək bazarına inteqrasiyasında oynadığı mühüm rol vurğulanıb. İştirakçılar arasında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Görüş əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların cəmiyyət həyatında fəal iştirakının təşviqi və inklüziv dəyərlərin təbliği istiqamətində maarifləndirmə məqsədi daşıyıb” deyə qeyd olunur.






İlk şərhi yaza bilərsiniz