Press "Enter" to skip to content

Baş nazirdən müjdə

Ünal Üstel

BAYRAQDAR MEDİA – Azərbaycanla KKTC arasında əlaqlər inkişaf edir. Artıq yeni imkanlar yaranır.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Ünal Üstel Bakıdakı çıxışı zamanı deyib.

Xatırlaqdaq ki, KKTC Azərbaycanın paytaxtı Bakıda təşkil olunan “KKTC Mədəniyyət Günü” tədbiri ilə tanıdılıb. Baş nazirin müavinliyi, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyi tərəfindən “Ada Kıbrıs” layihəsi çərçivəsində Bakının tarixi İçərişəhər ərazisində keçirilən tədbirdə Baş nazir Ünal Üstel, Baş nazirin müavini, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri Fikri Ataoğlu, xarici işlər naziri Tahsin Ertuğruloğlu, Türkiyənin Bakıda səfiri Birol Akgün, KKTC-nin Bakı nümayəndəsi Ufuk Turganer, Milli Birlik Partiyasının deputatları Ahmet Savaşan və Fırtına Karanfil, Türkiyə və Azərbaycandan millət vəkilləri, rəsmi şəxslər, eləcə də çoxsaylı qonaqlar iştirak ediblər.

Baş nazir Ünal Üstel deyib ki, turizm sahəsində daha böyük hədəflərə çatmaq üçün nəqliyyat əlaqələrinin asanlaşdırılmasının vacibdir.

Ünal Üstel, bildirib ki, Azərbaycan ilə KKTC arasında çarter aviareyslərinin başlanması istiqamətində mühüm mərhələyə gəlinib: “Əməkdaşlıq sazişlərinin tamamlanmasından sonra iki ölkə arasında müntəzəm çarter uçuşlarının həyata keçirilməsi gözlənilir. Bu addım turizm, ticarət, təhsil və qardaşlıq əlaqələrinin daha da inkişafına ciddi töhfə verəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.