Press "Enter" to skip to content

AGF-də yeni Komitə yaradılıb

AGF-də yeni Komitə yaradılıb

BAYRAQDAR MEDİA – Azərbaycan Güləş Federasiyasında (AGF) Güləş İrsi və İcması Komitəsi yaradılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AGF-dən daxil olub.

Xəbərdə bildirilir ki, “Federasiyanın baş katibi Pərvin Piriyevin rəhbərliyi ilə baş tutan ilk iclasda Komitənin təşkilati məsələlərinə baxılıb. Qərara əsasən Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov Komitənin sədri, AGF-nin baş katibinin müavini Aydan Məmmədhəsənova isə Komitənin katibi seçilib. Komitənin tərkibində AGF-nin Nümayəndəliklərlə İş şöbəsinin müdiri Elfaq Səfərov, İdman şöbəsinin mütəxəssisi Yaqub Məmmədov, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Vahid Məmmədov və sərbəst güləş üzrə milli komandanın məşqçisi Arif Abdullayev üzv qismində təmsil olunurlar. İclas zamanı Komitənin fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib”.

Sonra xəbərdə, “fəaliyyət planına güləş üzrə veteranların müəyyənləşdirilməsi meyarlarının hazırlanması, onlara göstərilən diqqət və qayğının artırılması, eləcə də güləş irsinin qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edən təşəbbüslər daxil edilib. Bununla yanaşı, Komitənin gələcək fəaliyyəti ilə bağlı müxtəlif təkliflər səsləndirilib və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Güləş ictimaiyyətinin müxtəlif nümayəndələrinin prosesə cəlb olunması və federasiya ilə veteranlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi əsas prioritetlərdən biri kimi vurğulanıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.