Press "Enter" to skip to content

Azərbaycan və AİİB strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti Şerard Kauper-Koulz ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-AİİB strateji tərəfdaşlığının gücləndirilməsi, mövcud əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri, eləcə də ölkəmiz üzrə investisiya proqramının prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycanın regional tranzit və logistika mərkəzi kimi mövqeyinin daha da gücləndirilməsi, nəqliyyat və infrastruktur sahələrində prioritet layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Bu çərçivədə birgə təşəbbüslərin və investisiya layihələrinin iqtisadi əlaqələrin dərinləşdirilməsi və dayanıqlı inkişafın dəstəklənməsi baxımından əhəmiyyəti vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.