Press "Enter" to skip to content

EMTA və EPDK arasında görüş

EMTA və EPDK arasında görüş

BAYRAQDAR MEDİA – Azərbaycan-Türkiyə IV Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2025-2026-cı illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) mütəxəssisləri arasında enerji sektorunda rəqəmsallaşma mövzusunda onlayn görüş baş tutub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EMTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüş zamanı İşçi qrupun EMTA və EPDK-dan olan həmsədrləri Elmar GüləliyevMustafa Yavuzdemir iştirakçıları salamlayaraq görüşün mövzusunun əhəmiyyətini vurğulayıblar. Daha sonra EPDK-nın nümayəndəsi Zühre Aydın enerji sektorunun müasirləşdirilməsi, sektorun rəqəmsal transformasiyası və innovativ idarəetmə mexanizmlərinin tətbiqinə həsr olunmuş təqdimatla çıxış edib. Z.Aydın təqdimatında enerji bazarlarında rəqəmsallaşma, yeni biznes modelləri, tənzimləyicilərin rolu və süni intellekt əsaslı xidmətlər sahəsində Türkiyə təcrübəsindən də bəhs edib”.

Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.