BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacaqda fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə sığınacaq sakinlərinə, həmçinin müəssisənin əməkdaşlarına müvafiq biliklərin verilməsi olub. Tədbirdə fövqəladə halların təsnifatı, Azərbaycan üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib”.
İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.






İlk şərhi yaza bilərsiniz