BAYRAQDAR MEDİA – Iğdır Universiteti ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) arasında təhsil, mədəniyyət, incəsənət və akademik tədqiqat sahələrini əhatə edən genişmiqyaslı əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, Protokol Universitet rektoru prof. dr. Ekrem Gürel və TÜRKSOY Baş katib müavini Sayit Yusuf tərəfindən rəsmiləşdirilib.
İmza mərasimində TÜRKSOY Türkiyə nümayəndəsi dos. dr. A. Kutalmış Yalçın və Rektor müşaviri dos. dr. Oğuz Doğan da iştirak edib.
Bərabərlik, qarşılıqlılıq və davamlılıq prinsipləri üzərində qurulan bu əməkdaşlıq Türk dünyasının ortaq mədəni irsini qorumağı və qlobal səviyyədə daha görünən etməyi hədəfləyir.






İlk şərhi yaza bilərsiniz