Press "Enter" to skip to content

“Motivasiya görüşləri” layihəsinə başlanılır

“Motivasiya görüşləri” layihəsinə başlanılır

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində “Motivasiya görüşləri” adlı yeni layihəyə başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “layihə əlilliyi olan uşaqların valideynləri olan və müxtəlif sahələrdə uğur qazanmış şəxslərin təcrübələrini bu kateqoriyadan olan digər valideynlərlə bölüşmək məqsədi daşıyır. Motivasiya görüşləri vasitəsilə valideynlərin ruhlandırılması, onların motivasiyasının artırılması və müsbət təcrübələrin paylaşılması nəzərdə tutulub. Layihənin ilk qonağı xüsusi qayğıya ehtiyacı olan uşaqlar üzrə ailə məsləhətçisi, pedaqoq və yazar Nailə Həsənzadə olub. O, autizmli uşaqlar üçün hazırlanmış ilk adaptiv mütaliə vəsaiti olan “Mustafanın lupası” kitabının, həmçinin sosial bacarıqların inkişafına yönəlmiş “Hop-hop və Naz-Naz” hekayəsinin müəllifidir”.

Sonra xəbərdə, “autizmli övladı olan N.Həsənzadə görüşdə övladı ilə birlikdə keçdiyi həyat yolundan, qazandığı təcrübələrdən və qarşılaşdığı çətinliklərdən bəhs edib. O, valideynlərin övladlarının inkişafında mühüm rol oynadığını vurğulayıb, iştirakçıların suallarını cavablandırıb və tövsiyələrini bölüşüb. Sosial Xidmət Mərkəzlərinin xidmətlərindən yararlanan və həssas kateqoriyadan olan uşaqların valideynləri üçün mütəmadi keçirilməsi nəzərdə tutulan bu kimi görüşlər valideynlik bacarıqlarının artırılmasını, onlara övladlarının inkişaf prosesində daha fəal iştirak etməyə dəstək olmağı hədəfləyir” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.