BAYRAQDAR MEDİA – “Azərbaycan bizim üçün son dərəcə önəmli və çox dəyərli qardaş ölkədir. Azərbaycanın hörmətli Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Kıbrıs Türk xalqnın milli davasına göstərdiyi dəstəyə görə minnətdarıq. Allah ondan razı olsun”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuiryyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib. Müsahibəni yaxın günlərdə təqdim edəcəyik.
T.Ertuğruloğlu bildirib ki, türk birliyi və həmrəyliyi, şübhəsiz ki, bundan sonra da daha da güclənərək davam edəcək. Onu da qeyd edim ki, Azərbaycan, şəxsən Prezident İlham Əliyev türk dünyasının daha dərindən inteqrasiyası istiqamətində misilsiz addımlar atır. Bu gün Türkiyə və Azərbaycanın öncüllüyündən Türk Dövlətləri Təşkilatı hər keçən gün daha da güclənir. Bu qurumun müşahidəçi üzvü olan KKTC-də türk dünyasının ayrılmaz bir parçası olaraq inamla addımlayır.






İlk şərhi yaza bilərsiniz