Press "Enter" to skip to content

Azərbaycan paralimpiyaçılarından növbəti medal

Azərbaycan paralimpiyaçılarından növbəti medal

BAYRAQDAR MEDİA – Tunisin eyniadlı paytaxtında Paraatletika üzrə Beynəlxalq Qran-Pri davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Milli Paralimpiya Komitəsindən daxil olub.

Xəbərdə deyilir ki, “paralimpiya çempionu paraatlet Oloxan Musayev nüvəitələmə yarışında F55 kateqoriyasında 11.64 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib və gümüş medal qazanıb. Qeyd edək ki, daha əvvəl milli komandanın digər üzvü Rüfət Rəfiyev də F36 kateqoriyasında gümüş medala sahib olub”.

Sonra xəbərdə, “16-19 iyun tarixlərində keçirilən Tunis Qran-Prisində Azərbaycanı nüvəitələmə növü üzrə O.Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və R.Rəfiyev (F36) təmsil edirlər. S.Nəbiyev və Ö.Bozbaxov nüvəitələmə ilə yanaşı, diskatma yarışlarında da qüvvələrini sınayacaqlar. Milli komandaya baş məşqçi Oleq Panyutin rəhbərlik edir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.