Press "Enter" to skip to content

İnsan hüquqlarına həsr olunmuş tədbir

İnsan hüquqlarına həsr olunmuş tədbir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) O.Mirzəyev adına 5 saylı uşaq evi sosial xidmət müəssisəsində benefisiarlar üçün “İnsan hüquqlarının qorunması və təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “tədbir zamanı iştirakçılara insan hüquqlarının mahiyyəti, onların qorunması mexanizmləri və cəmiyyətdə hüquq mədəniyyətinin formalaşdırılmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Eyni zamanda, uşaqlarla “Uşaq hüquqları” mövzusunda fikir mübadiləsi aparılıb, öz hüquqları ilə bağlı düşüncələri dinlənilib. İnteraktiv müzakirələr şəraitində keçən tədbir uşaqların mövzuya marağının artırılmasına və hüquqları barədə daha ətraflı məlumat əldə etmələrinə töhfə vermək məqsədi daşıyıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.