Press "Enter" to skip to content

İqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Əlcəzairin maliyyə naziri Abdelkrim Bouzred ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Əlcəzair arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi perspektivləri, eləcə də yeni əməkdaşlıq platformalarının formalaşdırılması imkanları müzakirə olunub.

Tərəflər sənaye, enerji,kiçik və orta biznes, turizm,tranzit, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. İqtisadi əlaqələrin şaxələndirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın təşviqinin əhəmiyyəti vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.