Press "Enter" to skip to content

İqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edilib

Tədbirdən foto

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Tahir Hamid Nguilin ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə Çad Respublikası arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər iki ölkə arasında iqtisadi münasibətlərin inkişafı üçün mövcud potensialı yüksək qiymətləndiriblər.

Müzakirələr zamanı ticarət, investisiya, enerji, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olub. Qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə mübadiləsinin və işgüzar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.